“Halandın “Mançester Yunayted”ə keçidi mükəmməl olar”
İtaliyalı futbol meneceri Covanni Brançini Almaniyanın “Borussiya” (Dortmund) klubunun norveçli hücumçusu Erlinq Halandın “Mançester Yunayted”ə mümkün transferini dəyərləndirib.
Komanda.az xəbər verir ki, “La Gazetta dello Sport”a danışan Brançini, 20 yaşlı futbolçunun transfer dəyərinin 120 milyon avro olduğunu deyib:
“Halandın transfer dəyəri 120 milyon avrodur. “Borussiya”dan ayrılıb gedəcəyini bilmirəm. Onun müqaviləsində olan 88 milyon avroluq təzminat isə növbəti mövsümdən keçərli olacaq. Halandın “Mançester Yunayted”ə keçidi mükəmməl olar. “Qırmızı şeytanlar” norveçli hücumçularla oynamaq üçün əla ənənəyə sahibdir”.
Haland bu mövsüm “Borussiya” ilə 30 oyunda 31 qol vurub, 8 məhsuldar ötürmə edib. Hücumçu ilə İngiltərədən “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, İspaniyadan “Barselona” klubu yaxından maraqlanır.
Bizi Facebook-da izləyin