“Yamalın nə qədər yaxşı olduğunu artıq bilirdik”
“Betis”in baş məşqçisi Manuel Pelleqrini İspaniya kuboku matçında məğlubiyyətdən (1:5) sonra “Barselona”nın səviyyəsini dəyərləndirib.
Komanda.az xəbər verir ki, çilili çalışdırıcı mətbuat konfransında Lamin Yamalın nə qədər yaxşı olduğunu artıq bildiklərini söyləyib:
“Biz Yamalın nə qədər yaxşı olduğunu artıq bilirdik. Onun pressinq zamanı aqressivliyi komandası üçün həyati əhəmiyyət kəsb edirdi. O, hələ çox gəncdir və ümid edirəm ki, irəliləməkdə davam edəcək. Söhbət bir oyunçudan getmir, bütün komandadan, həmçinin Rafinya Dias, Dani Olmo və Pedridən gedir”.
“Barselona”dan icarəyə götürülən Vitor Roke qonaqların qapısına penaltidən yol tapıb. Kataloniyalılar Qavi, Kunde, Rafinya, Ferran Torres və Yamalın qolları sayəsində qələbə qazanıblar.
Bizi Facebook-da izləyin