AÇ-2020: İngiltərə hökuməti italyan azarkeşləri final matçına buraxmır
İtaliyalı azarkeşlər AÇ-2020-nin final matçında komandalarına dəstək olmaq üçün İngiltərəyə gedə bilməyə bilər.
Komanda.az xəbər verir ki, İngiltərənin nəqliyyat naziri Qrant Şapps italyan fanatların koronavirusla bağlı Londona səfər etməmələrini istəyib. O, azarkeşlərin İngiltərəyə yalnız futbolla əlaqədar gəldiklərini öyrənəcəkləri halda, fanatların ölkəyə buraxılmasına icazə verməyəcəklərini bildirib. Nazir artıq bir neçə reysin bu səbəbdən ləğv olunduğunu da qeyd edib.
İngiltərə hökuməti koronavirusla bağlı İtaliyadan gələnlər üçün 10 günlük karantin qaydası tətbiq edir.
İyulun 11-də, Londondakı “Uembli” stadionunda keçiriləcək İngiltərə – İtaliya matçına 60 minə yaxın azarkeş buraxılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin