İtaliyadan getmək istəyir – Premyer Liqadan “elçi”si var
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo bu yay Turin klubundan ayrılmaq istəyir.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, hələlik braziliyalı futbolçu üçün yalnız bir konkret iddiaçı var – Londonun “Arsenal” klubu.
Artur qışda “Arsenal”a kecə bilərdi, lakin londonlular onun icarə şərtləri ilə bağlı “Juventus”la razılaşmadılar.
25 yaşlı braziliyalı “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqrinin planlarına daxil deyil.
Artur A Seriyasında “Yuventus”un heyətində 20 oyun keçirib və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin