İtaliyanı tərk etmək istəyirdi, polis saxladı – “Yuventus”un futbolçusunu

İtaliyadan Argentinaya qayıtmaq istəyən “Yuventus”un futbolçusu Qonsalo İquayn saxlanılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu karantin rejimindən qaçaraq, ölkəsinə qayıtmaq istəyib. Ancaq polislər onu hava limanında saxlayıb və geri qaytarıb.

Koronavirus testinin mənfi çıxmasına baxmayaraq, İquayna Argentinaya getməyə icazə verilməyib.

“Yuventus”un bütün heyəti hazırda karantindədir. Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matuidinin koronavirus testi də müsbət çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button