“Mançester Yunayted”in hücumçusu İtaliyaya dönə bilər

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze yenidən İtaliya çempionatına dönə bilər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, niderlandlı futbolçuya maraq göstərən klublar sırasında “Yuventus”, “Milan” və “Komo” var.

24 yaşlı forvard ötən yay “Bolonya”dan “Mançester Yunayted”ə transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Zirkze cari mövsümdə Premyer Liqada 3 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button