
Nunyes İtaliyanın 2 klubunun “radar”ındadır
“Milan” və “Napoli” “Liverpul”un hücumçusu Darvin Nunyeslə maraqlanır.
25 yaşlı futbolçuya “Napoli” uzun müddətdir maraq göstərsə də, “Milan” onu yaxın zamanlarda transfer hədəfləri siyahısına daxil edib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, “qırmızılar” Nunyesi 60 milyon avroya satmağa hazırdır. Onun illik maaşı təxminən 5 milyon avrodur.
Nunyes 2024/25 mövsümündə Premyer Liqada 30 oyuna çıxaraq, 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin