“Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir”

İtaliyada keçirilən Avropa çempionatında qızıl medal qazanan azərbaycanlı yunan-Roma güləşçisi Sənan Süleymanov açıqlama verib.

Komanda.az xəbər verir ki, 77 kq çəkidə mübarizə aparan Süleymanov, növbəti hədəfindən də danışıb:

“Avropa çempionu olmaq və yarımfinalda Ermənistan idmançısını məğlub etmək çox gözəl hissdir. Çempion oldum, bayrağımızı yüksəltdim. Mənim üçün bundan gözəl hiss ola bilməz.

Federasiya rəhbərliyi razı olsa, lisenziya yarışlarına qatılmaq istəyirəm. Olimpiadada bu nəticəni təkrarlamaq niyyətindəyəm (Report).

Qarşılaşmalara erməni olduqları üçün məğlub olmaq fikri ilə çıxmamışdım. Məndə ikiqat məsuliyyət var idi. Onlara qalib gəldim. Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button