
İtaliyada ilin ən yaxşı məşqçisi açıqlandı
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Mançini yeni mükafata layiq görülüb.
Komanda.az xəbər verir ki, o, İtaliyada 2011-ci ildən bəri təsis olunan və ilin ən yaxşı məşqçisinə təqdim edilən Enzo Bearzot adına mükafatın sahibi olub.
İtaliyada 2018-ci ilin ən yaxşı məşqçisi adına “Atalanta”nı çalışdıran Canpyero Qasperini ilə “Milan”ın baş məşqçisi Cennaro Qattuzo da namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin