İtaliyada futbolçu oyun vaxtı vəfat etdi

İtaliyanın həvəskarlar liqasında çıxış edən “Kuincentole” klubunun futbolçusu Dimitri Roveri oyun vaxtı vəfat edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna Roverinin infarkt keçirməsi səbəb olub. Bədbəxt hadisə “Kazalpolyo”ya qarşı keçirilən oyunda baş verib. Huşunu itirərək yerə yıxılan 27 yaşlı futbolçu dərhal Milan şəhərindəki “San-Raffaela” xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum futbolçu bir müddət əvvəl sentyabr ayında ata olacağını açıqlamışdı.

Roveri həm də qocalar evində bağban və təmizlikçi işləyirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button