İtaliyada aprelin ən yaxşıları bəlli oldu
İtaliya A Seriyasında aprelin ən yaxşı futbolçusu və baş məşqçisi bəlli olub.
Komanda.az xəbər verir ki, “Milan”ın hücumçusu Rafael Leao ötən ayın ən yaxşı futbolçusu seçilib.
Portuqaliyalı ulduz Lautaro Martines (İnter), Lorentso Pelleqrini (Roma), Simeone Verdi (Verona) və Mattia Zakkaynidən (Latsio) üstün olub. O, aprel ayında 4 qol və 2 məhsuldar ötürmə lə yadda qalmışdı.
“Montsa”nı çalışdıran Raffaele Palladino isə ayın ən yaxşı məşqçisi elan edilib. Onun komandası apreldə keçirdiyi 5 oyundan 3 qələbə, 1 heç-heçə ilə ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin