Kyellini karyerasını bitirmək istəyirmiş

İtaliya yığmasının və “Yuventus”un futbolçusu Corco Kyellini bir müddət əvvəl karyerasını bitirməyi düşünüb.

Komanda.az xəbər verir ki, 37 yaşlı müdafiəçi, bu barədə İtaliya mətbuatına açıqlama verib:

“Zədələrdən sonra çətin anlarım oldu. Altı ay sonra yenidən yaşıl meydanlara qayıtdım, daha sonra da koronavirusa görə sıradan ayrı düşdüm. Karyeramı bitirmək haqda düşünürdüm. Amma Avropa çempionatında iştirak etmək üçün çox çalışmağa davam etdim. Arzularım məni daha çox çalışmağa vadar edir”.

Kyellininin “Yuventus”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. Müdafiəçi İtaliya yığması ilə AÇ-2020-nin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button