
Mançini İtaliya millisindən ayrılacağı vaxtı açıqladı
İtaliya yığmasının baş məşqçisi Roberto Mançini DÇ-2022-dən sonra millidəki vəzifəsindən ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə italyan mütəxəssis özü açıqlama verib. Mançini “Football İtalia” nəşrinə açıqlamasında, DÇ-2022-dən sonra millidəki işindən ayrılacağını bildirib:
“Qətərdəki DÇ-2022-dən sonra artıq milli komandada baş məşqçi olmayacam. Çünki artıq klub çalışdırmaq istəyirəm. Milli komandaya rəhbərlik edə biləcək məşqçi çoxdur. Məsələn, Can Pyero Qasperini, Karlo Ançelotti, Massimiliano Alleqri”.
Mançini 2018-ci ildən İtaliya yığmasını çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin