İtaliya yığmasında şok ayrılıq

Roberto Mançini İtaliya millisinin baş məşqçi vəzifəsini tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. Dünən gecə saatlarında Mançini millinin baş məşqçi vəzifəsini tərk etmək istədiyini açıqlayıb. Onun xahişi təmin edilib.

İtaliya tezliklə Avro-2024-ün seçmə mərhələsində Şimali Makedoniya (9 sentyabr) və Ukrayna (12 sentyabr) ilə qarşılaşacaq, İtaliya Futbol Federasiyası yaxın günlərdə yeni baş məşqçinin adını açıqlayacaq.

Avro-2024 10 ay sonra başlayacaq. Seçmə mərhələdə İtaliya 2 oyundan topladığı 3 xalla C qrupunda 3-cü yerdədir. 1-ci yerdə İngiltərə (4 oyunda 12 xal), 2-ci yerdə isə Ukraynadır (3 oyunda 6 xal).

Roberto 2018-ci ilin mayında İtaliya millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda Avro 2020-nin qalibi olub və 2 dəfə UEFA Millətlər Liqasının bürünc mükafatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button