İtaliya yığmasında iki ciddi itki

“Roma”nın yarımmüdafiəçiləri Nikolo Zanilo və Lorenso Pelleqrini futbol üzrə İtaliya yığmasının heyətindən kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, buna onların hər ikisinin zədədən əziyyət çəkməsi səbəb göstərilib.

Baş məşqçi Roberto Mançini hər iki oyunçunun “Roma”nın düşərgəsinə qayıtmasına qərar verib. O, bu iki yarımmüdafiəçinin əvəzində milliyə “Latsio”nun yarımmüdafiəçisi Danilo Kataldini dəvət edib. Hansı ki, bu futbolçu indiyə qədər İtaliya yığmasında heç bir rəsmi oyuna çıxmayıb.

İtaliya millisi noyabrın 12-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə yığmasını qəbul edəcək. Bundan üç gün sonra isə sözügedən komanda səfərdə Şimali İrlandiya yığmasıyla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button