Deşam: “İtaliya İtaliya olaraq qalır”

Fransa millisinin baş məşqçisi Didye Deşam İtaliya yığmasının gücündən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italyanların son illərdəki uğursuzluqlarına baxmayaraq, güclü rəqib olaraq qaldığını söyləyib:

“İtaliya milli komandası rəqabətə davam edir. Luçano Spalletti bir çox oyunçunu dəyişməli oldu, lakin İtaliya İtaliya olaraq qalır. Bizim üçün onlar ruhən yaxın rəqibdir. Bir çox fransalı futbolçu A Seriyasında oynayır”.

Fransa və İtaliya yığmaları bu gün UEFA Millətlər Liqasının ilk turu çərçivəsində qarşılaşacaq. Oyun saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button