
İtaliya superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək
İtaliya superkuboku gələn il yanvarın 2-dən 6-dək Səudiyyə Ərəbistanında keçiriləcək.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
2025-ci ildə İtaliya superkubokunun nə vaxt və harada oynanılacağı məlum olub. Kubok uğrunda dörd komanda mübarizə aparacaq: “İnter”, “Milan”, “Yuventus” və “Atalanta”.
2025-ci il yanvarın 2 və 3-də baş tutacaq yarımfinalda “İnter” – “Atalanta”, “Yuventus” -“Milan” görüşləri keçiriləcək. Mini-turnirin finalının yanvarın 6-da keçirilməsi nəzərdə tutulub. Üçüncü yer uğrunda görüş olmayacaq.
Bütün oyunlar Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının ev arenası olan Ər-Riyaddakı “Kingdom Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin