“Yuventus”un 12 fanat qrupunun rəhbəri həbs olundu

İtaliya polisi Turin şəhərində “Yuventus”un azarkeş qruplarının fəaliyyəti ilə bağlı apardığı istintaq çərçivəsində 12 nəfəri həbs edib.

Komanda.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Yuventus”un aparıcı 12 fanat qrupunun rəhbərini həbs edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Saxlanılanlar “çirkli pullar”ın yuyulmasında və zorakılıqda ittiham olunur.

İtaliyanın digər şəhərlərində də axtarışlar davam edir. Həbs olunan 12 nəfərdən əlavə, daha 37 fanat qrupunun lideri axtarılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button