ABŞ millisinin üzvü İtaliyanın 2 klubunun hədəfində

ABŞ millisinin futbolçusu Kristian Pulişiç “Çelsi”ni tərk edə bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “zadəganlar” 2022/23 mövsümündə yeni futbolçular üçün xərclədiyi pulu bərpa etmək məqsədiylə yayda amerikalını satmağa çalışacaq.

Pulişiçin özü də London təmsilçisinin heyətində çox oyun şansı əldə etmədiyi üçün narazıdır və klubdan ayrılmağı hədəfləyir.

İtaliya klubları “Napoli” ilə “Yuventus” futbolçunun durumunu izləyir və onun üçün “Çelsi”yı təklif göndərməyə hazırdırlar.

Pulişiç cari mövsümdə İngiltərə çempionatında “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla 21 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button