
“Napoli” kimisi yoxdur!
İtaliya “Napoli”si bu mövsüm TOP-5 çempionatlarının ən yaxşı klubudur.
Komanda.az xəbər verir ki, Neapol təmsilçisi Avropanın ən güclü liqalarında çıxış edən klublar arasında yerli çempionatda xal itirməyən yeganə komandadır.
“Napoli” A Seriyasında 7 turdan sonra maksimum naticə göstərərək, 21 xalla liderdir. Luçano Spalettinin rəhbərlik etdiyi kollektiv yerli çempionatda “Venetsiya”nı (2:0), “Cenoa”nı (2:1), “Yuventus”u (2:1), “Udineze”ni (4:0), “Sampdoriya”nı (4:0), “Kalyari”ni (2:0) və “Fiorentina”nı (2:1) məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin