İtaliya millisinin sabiq üzvü karyerasını başa vurdu
İtaliya yığmasının və “Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizio karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, o, 33 yaşında futboldan getməyə qərar verib. Markizio qərarını sosial media hesabında yaydığı bu açıqlama ilə bəyan edib:
“Futbolçu olmaq istəyən kiçik uşağa söz vermişdim, meydana çıxdığım zaman özümü möhtəşəm hiss etdiyim müddətdə oynayacaqdım. Artıq sözümə əməl edə bilmirəm. Bu üzdən də futbolu buraxıram”.
“Yuventus”un yetirməsi olan Markizio, 2005-2018-ci illər aralığında Turin təmsilçisində forma geyinib. Daha sonra “Zenit”ə keçən yarımmüdafiəçi bu yay müqaviləsini pozaraq azad agent statusu almışdı. İtaliya yığmasında 55 oyun keçirən Klaudio, 5 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin