“Zənglər gözləyirəm” – Klubsuz qalan hücumçu

İtaliya millisinin sabiq üzvü, hazırda azad agent olan Cüzeppe Rossi açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan hücumçu, formada olduğunu və futbol oynamaq istədiyini deyib:

“Uzun müddətdir ki, özümü yaxşı hiss edirəm. Hər gün məşq edirəm. Zənglər gözləyirəm. Hələ edə biləcəklərim var. Yenidən futbol oynamaq üçün şans istəyirəm”.

Karyerası ərzində “Vilyarreal”, “Mançester Yunayted”, “Fiorentina” kimi komandalarda forma geyinən Rossinin son iş yeri “Cenoa” klubu olub. 2018-ci ilin yayından azad agent olan italyan hücumçu, yanvarda “Mançester Yunayted”lə məşqlərə çıxırdı.

Rossi 29 dəfə formasını geyindiyi İtaliya millisində 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button