
Balotelli avtomobilinə ziyan vuranları təhdid etdi: “Dua edin ki…”
İtaliya millisinin sabiq forvardı Mario Balotellinin avtomobilinin şüşəsi sındırılıb.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu “instagram” hesabı vasitəsilə qırılmış şüşənin şəklini çəkərək, bunu edənləri təhdid edib:
“Dua edin ki, bunu edənin kim olduğunu heç vaxt öyrənməyim! Çünki bilsəm, həmin adamın qanunlar çərçivəsində ömür boyu əziyyət çəkməsi üçün hər şeyi edəcəm, başqa yol bilmirəm. Qorxaqlar”.
Balotellinin İtaliyanın B Seriyasında çıxış edən “Montsa” klubuna keçəcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin