İtaliya millisinin sabiq baş məşqçisi aşağı liqa klubunda
İtaliya millisinin sabiq baş məşqçisi Campyero Venturanın yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 71 yaşlı mütəxəssis İtaliyanın “Salernitana” klubunu çalışdıracaq. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ventura ilə bir illik müqavilə imzalanıb.
2016-2017-ci illər aralığında İtaliya millisini çalışdıran Venturanın son iş yeri “Kyevo” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin