
Bonuççi Zoffa çatdı
İtaliya millisinin futbolçusu Leonardo Bonuççi yeni uğura imza atıb.
Komanda.az xəbər verir ki, Millətlər Liqasının yarımfinal mərhələsinin İspaniya ilə oyununda iştirak edən müdafiəçi, millidə 112-ci matçına çıxıb. Bu barədə “OptaPaolo” portalı məlumat yayıb.
34 yaşlı müdafiəçi bu göstəricidə keçmiş italyan qapıçı Dino Zoffa çatıb və İtaliya yığmasında ən çox oyun keçirən 7-ci futbolçu olub.
Bonuççi İspaniya ilə matçın 17-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub.
İtaliya – İspaniya matçı ispanların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin