
İtaliyalı futbolçu AÇ-2024-ü buraxacaq
İtaliya millisinin və “Sassuolo”nun üzvü Domeniko Berardi zədələnib.
Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu İtaliya A Seriyasının “Verona” ilə görüşündə (0:1) sıradan çıxıb. O, 60-cı dəqiqədə meydanı tərk edib.
Hücumçunun zədəsi ciddidir. Berardi təkcə mövsümün ikinci yarısını deyil, qarşıdan gələn AÇ-2024-ü də buraxacaq.
Berardi cari mövsümdə 17 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin