
İtaliya millisinin bombardiri vəfat edib
İtaliyanın futbol üzrə millisinin bombardiri Luici Riva 79 yaşında vəfat edib.
Komanda.az ölkənin futbol federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Riva yanvarın 21-də ürək tutması səbəbindən xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, mərhum idmançı 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42 matçda 35 qol vurub. Avropa çempionu (1968-ci il) və dünya çempionatının gümüş mükafatçısıdır (1970-ci il).
Klub karyerasında Riva 1970-ci ildə İtaliya çempionu olduğu “Lenyano” və “Kalyari”də çıxış edib. Hücumçu üç dəfə ölkə çempionatının bombardiri olub. “Kalyari”nin heyətində 207 qol vurub və bu göstəriciyə görə klubun rekordçusudur.
Riva 1988-2013-cü illərdə İtaliya millisinin direktoru və idarə heyətinin üzvü olub.
Bizi Facebook-da izləyin