Mançini: “Qol vurmaq üçün hər şey etdik”
İtaliya millisinin baş məşqçisi Roberto Mançini DÇ-2022-nin seçmə mərhələsinin 6-cı turunda Bolqarıstana qarşı keçirdikləri oyunu şərh edib:
Komanda.az xəbər verir ki, Mançini, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Cərimə meydançasında kifayət qədər diqqətli hərəkət etmədik. Bu gün çatışmayan yeganə şey qol oldu. Bu oyun topun qapıya girmək istəmədiyi matçlardan biri idi.
Bolqarıstan yaxşı müdafiə olundu. Qol vurmaq üçün hər şey etdik. Amma təəssüf ki, əks-hücumdan sonra həlledici qolu əldən verdik. Ancaq bazar günü qalib gəlməyə çalışacağıq”.
İtaliya millisi C qrupunda 10 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin