Sərxoş halda videosu yayılan futbolçu: “Mən niyə tənqid edilməliyəm?”

Mario Balotelli yolda yıxıldığı və yalnız yoldan keçən birinin köməyi ilə ayağa qalxa bildiyi videoya münasibət bildirib.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, italiyalı forvard yolda yıxıldığı videonu gördüyünü deyib:

“Yolda yıxıldığım bu videonu gördüm. Dostlarımla əylənməkdə heç bir problem görmürəm. Mən niyə tənqid edilməliyəm? İtaliya millisinin Avropa çempionatındakı belə çıxışından sonra sərxoş olduğumu müzakirə etmək qərarına gəldiz? Uşaqlar, daha vacib şeylər haqqında düşünün”.

33 yaşlı futbolçu hazırda azad agent statusundadır. İtaliyalı forvardın son klubu Türkiyə “Adana Dəmirspor”u olub.

İtaliya millisi Almaniyada keçirilən Avropa çempionatında mübarizəni 1/8 final mərhələsində dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button