İtaliya millisinin 2 üzvündə koronavirus aşkarlandı

Futbol üzrə İtaliya milli komandasının iki üzvü DÇ-2022-nin pley-off mərhələsi ərəfəsində koronavirusa yoluxub.

Komanda.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milli komandanın iki üzvünün testi müsbət nəticələnib. Hər iki şəxs təcrid olunub və milli komandanın qalan üzvləri də təkrar testlərdən keçmək məcburiyyətində qalıb.

İtaliya millisi martın 24-də DÇ-2022-nin yarımfinalının pley-off mərhələsində Şimali Makedoniya yığmasını qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button