
İtaliya millisində ciddi itki
İtaliya millisinin futbolçusu Moyze Kin yığmanın düşərgəsindən ayrılıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı futbolçunun zədələnməsidir. Əzələsindən zədə alan PSJ-nin futbolçusu millinin UEFA Millətlər Liqasında Polşa və Bosniya və Herseqovina yığmaları ilə oyununu qaçıracaq. Onun artıq Fransaya qayıtdığı bildirilir.
Müqavilə ilə “Everton”a məxsus olan futbolçu PSJ-də icarə əsasında çıxış edir.
İtaliya – Polşa oyunu bu gün, saat 23:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin