İtaliyalı dünya çempionu vəfat etdi
İtaliya milli komandasının və “Yuventus”un sabiq futbolçusu Paolo Rossi vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Keçmiş hücumçu 64 yaşında vəfat edib. Rossi ağciyər xərçəngindən əziyyət çəkirdi.
Rossi, İtaliya milli komandası ilə DÇ-1982-nin qalibi olub. Hücumçu, həmin ildə “qızıl top” mükafatını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin