Keçmiş dünya çempionu Sloveniyada klubunu dəyişdi
İtaliya milli komandasının və “Yuventus”un sabiq futbolçusu Mauro Kamoranezinin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Maribor”da baş məşqçilik edəcək. Bu barədə Sloveniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kamoranezi ilə üç illik müqavilə imzalanıb.
Keçmiş futbolçu bundan əvvəl Sloveniyanın digər komandası – “Tabor”u çalışdırırdı.
Kamoranezi İtaliya milli komandasıyla DÇ-2006-nın qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin