El-Şaaravinin 4 “elçi”si
İtaliya milli komandasının və “Şanxay Şenxua”nın futbolçusu Stefan El-Şaaravi Avropaya qayıda bilər.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Yuventus”, “Roma”, “Arsenal” və PSJ yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Çin təmsilçisi “Şanxay Şenxua” da El-Şaaravinin icarə əsasında başqa kluba keçməsinə razılıq verib.
2019-cu ilin yayında “Roma”dan “Şanxay Şenxua”ya keçən yarımmüdafiəçi, daha əvvəl “Cenoa”, “Milan”, “Monako” kimi klublarda çıxış edib. El-Şaaravi İtaliya yığmasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin