İtaliya yığmasının keçmiş hücumçusu Braziliya klubunda

İtaliya milli komandasının və “İnter”in sabiq futbolçusu Eder karyerasını Braziliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu “San Paulo” klubuna keçib. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ederlə imzalanan müqavilənin müddəti 2022-ci ilin sonuna qədərdir.

2016-2018-ci illər aralığında “İnter”də çıxış edən hücumçunun son klubu Çin “Tszyansu Sunin”i olub.

Eder İtaliya yığmasında 26 oyunda 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button