Kannavarodan nümunəvi addım
İtaliya milli komandasının sabiq müdafiəçisi, hazırda Çinin “Quançjou Everqrand” klubunu çalışdıran Fabio Kannavaro xeyirxah addım atıb.
Komanda.az xəbər verir ki, “Napoli”nin keçmiş futbolçusu Neapol xəstəxanalarının birinə koronavirusla mübarizə üçün 30 min tibbi maska bağışlayıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.
“Napoli”nin yetirməsi olan Kannavaro, futbolçu karyerasında “Parma”, “İnter”, “Real”, “Yuventus” kimi klublarda çıxış edib. Müdafiəçi 136 dəfə də İtaliya yığmasının formasını geyinib. Kannavaro 2006-cı ildə İtaliya yığmasıyla dünya çempionu olub.
İtaliyada koronavirus pandemiyasına görə ölənlərin sayı 7503 nəfərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin