Polşada Kannavaro səsləri
İtaliya milli komandasının sabiq futbolçusu Fabio Kannavaro Polşa yığmasında baş məşqçilik edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Polşa Futbol Assosiasiyası nümayəndələri yığmanın “sükanı arxasına” Kannavaronu gətirməyi düşünür.
Polşa millisində bir neçə gün əvvəl Paulo Souza baş məşqçi postundan ayrılmışdı.
Hazırda işsiz olan Kannavaro son olaraq Çinin “Quançjou Everqrand” komandasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin