Prandelli narahatdır: “Niyə iyulda yox, iyunda başlayırıq?”
İtaliya milli komandasının sabiq baş məşqçisi Çezare Prandelli koronavirus pandemiyası haqda danışıb.
Komanda.az xəbər verir ki, “Corriere de Brescia”ya açıqlama verən Prandelli, iyunda başlayacaq A Seriyasıyla bağlı bunları deyib:
“Başa düşmürəm, nə üçün vəziyyətin düzəlməsini gözləyə bilmirik? Niyə iyulda yox, iyunda başlayırıq? Düzdür, futbol 90 dəqiqə ərzində çox şeyi unutdurur, ancaq idmana həvəsi olanların hazırda futbola baxacaqlarını düşünmürəm. Fikirləşmirəm ki, komandada olsaydım, oynamaqdan qorxmazdım. İtaliya hələ koronavirusla mübarizəni davam etdirir, hər gün insanlar ölür. Düşünürəm ki, bizə hələ vaxt lazımdır”.
Koronavirusa görə martdan dayandırılan İtaliya A Seriyası iyunun 13-də bərpa olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin