“Evdə qalmaqdan başqa, əlimizdən bir şey gəlmir” – Prandelli
İtaliya milli komandasının sabiq baş məşqçisi Çezare Prandelli koronavirus pandemiyası haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis, virus səbəbindən bir neçə dostunun öldüyünü deyib:
“Təəssüf ki, İtaliyada tədbirlər görə bilmədik, gecikdik. Dostlarımı itirdim və bu çox kədərlidir. Evdə qalmaqdan başqa, əlimizdən bir şey gəlmir”.
İtaliyada koronavirus pandemiyasına 17750 nəfər yoluxub, virus səbəbindən ölənlərin sayı isə 1400-dən çoxdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin