AÇ-2020: “Bu, İspaniyaya heyran olduğumuz kimi başa düşülməsin”
İtaliya milli komandasının futbolçusu Federiko Kyeza AÇ-2020-nin yarımfinalında İspaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Kyeza, ispanlara qarşı matçın çətin olacağını deyib:
“Çətin oyun olacaq. İspaniya millisi topu istədiyi qədər saxlaya bilir. Hücumda və müdafiədə çox dinamikdirlər. Bu, İspaniyaya heyran olduğumuz kimi başa düşülməsin. Hər iki komanda eyni ideologiyaya sahibdir”.
Sabah keçiriləcək İtaliya – İspaniya matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin