AÇ-2020: “Bəlkə də, Belçika yığması bizdən daha təcrübəlidir”

İtaliya milli komandasının futbolçusu Çiro İmmobile AÇ-2020-nin 1/4 final mərhələsində Belçika yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan hücumçu, Belçika yığmasının daha təcrübəli olduğunu deyib:

“Belçika millisi FİFA reytinqində ilk sıradadır. Heyətlərində güclü futbolçuları var və potensiallarını bilirik. Diqqətli olmalı və həmişəki kimi oynamağa çalışmalıyıq. Bəlkə də, Belçika yığması bizdən daha təcrübəlidir. Buna baxmayaraq, biz də çox həvəsliyik.

Romelu Lukaku hər il daha da güclənir. Bəlkə də, Antonio Konte kimi bir məşqçi ilə çalışaraq, daha zəif olan cəhətlərini də gücləndirdi. Fiziki gücü, sürəti və özünə inamı var”.

Sabah keçiriləcək Belçika – İtaliya matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button