
AÇ-2020: “1/4 finalda rəqibin kim olacağı fərq etmir” – Donnarumma
İtaliya milli komandasının qapıçısı Canluici Donnarumma AÇ-2020-nin 1/8 final mərhələsində Avstriyanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Donnarumma, 2:1 hesabıyla qələbə qazanaraq, 1/4 finala yüksəldikləri matçı belə şərh edib:
“Oyunun asan keçəcəyini gözləmirdik. Sonunda qapımızda qol gördük, ancaq yəqin ki, bu, bizim yenidən seriyaya başlamağımız üçün motivasiya olacaq. Futbol oynamağa davam edəcəyik. 1/4 finalda rəqibin kim olacağı fərq etmir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin