AÇ-2020-nin çempionu PSJ-ylə vidalaşdı

İtaliya milli komandasının futbolçusu Alessandro Florensi PSJ-dən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə italyan müdafiəçi “instagram” hesabında paylaşım edib. O, Paris təmsilçisinə təşəkkürünü bildirib.

Florensi 2022-ci ilin sentyabrında icarə əsasında “Roma”dan PSJ-yə keçmişdi. 30 yaşlı futbolçunun Paris klubu ilə icarə müqaviləsinin müddəti bitib və İtaliya təmsilçisinə qayıdıb.

Florensi İtaliya yığması ilə AÇ-2020-nin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button