Mançini: “Beş qol vurmaq heç vaxt asan deyil”
İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini DÇ-2022-nin seçmə mərhələsində Litvanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Mançini, 5:0 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:
“Son iki gün ərzində bir çox futbolçumuzu itirdik. Bu matçda şans qazanan futbolçular özlərini yaxşı tərəfdən göstərə bildilər.
Beş qol vurmaq heç vaxt asan deyil. Cakomo Raspadorinin yaxşı keyfiyyətləri var. O, gəncdir və təcrübə qazanmalıdır. Onunla yanaşı, Moyze Kinin də yaxşı potensialı var. Onlar təcrübələrini artırmalıdırlar. Hər iki hücumçunun böyük gələcəyi var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin