Mançininin sevinci

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Mançini, özünü çox yaxşı hiss etdiyini deyib:

“Bir Avropa çempionu olaraq özümü yaxşı hiss edirəm. Bu, həqiqətən, möhtəşəm hissdir və xüsusilə, bütün italyanlar adına çox sevincliyəm. Hamımız xoşbəxtik. Möhtəşəm bir şey bacardıq. Bu, İtaliyanın tarix kitablarına yazılacaq.

Bu zəfər 2006-cı ildəki dünya çempionluğu ilə müqayisə edilə bilər. Bəzən titul qazanmaq üçün çox şeylər etməlisən. Mənim komandam bunların öhdəsindən gələ bildi”.

İtaliya milli komandası bu il keçirilən Avropa çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button