“Şanslarımızdan mümkün qədər istifadə etməyə çalışacağıq” – Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini Millətlər Liqasında İspaniya yığmasına qarşı keçirəcəkləri yarımfinal oyunuyla bağlı fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mançini, İspaniyanın ən yaxşı oyununu sərgiləməyə çalışacağını deyib:

“Hücum xəttində problemlərimiz var. Çiro İmmobileni itirmişik. Hazırda iki gənc hücumçu və Moyze Kin var. Şanslarımızdan mümkün qədər istifadə etməyə çalışacağıq.

İspaniya yığması Avropa çempionatında bizə qarşı ən yaxşı oyununu keçirdi. Onlar topu özlərində çox saxlayır, topla rahat davranırlar. Bizə çoxlu problem yaşatmışdılar. Onları məğlub etmək üçün yüksək səviyyədə çıxış etməliyik”.

Bu gün keçiriləcək İtaliya – İspaniya matçı saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button