“AÇ-2020-dən daha vacib şeylər var” – Mançini
İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini dünyada geniş yayılan koronavirus pandemiyası haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mançini, AÇ-2020-nin təxirə salınıb-salınmayacağıyla bağlı da fikirlərini bildirib:
“A Seriyası yenidən başlasa, əvvəlki formaya qayıtmaq üçün futbolçulara 10 gün və ya iki həftə vaxt lazım olacaq.
Bizim İtaliyada 15 gündə yaşadıqlarımızı indi başqa ölkələr yaşayacaq. Qərarın necə olacağını bilmirəm, ancaq AÇ-2020-dən daha vacib şeylər var.
Hər kəsin sağlamlığının yerində olması, hamımızın stadionlara rahat gedə bilməyimiz vacibdir. AÇ-2020 bir il sonraya ertələnsə də, çempion ola bilərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin