AÇ-2020: “Oyunun çətin olacağını bilirdik, ancaq bu dərəcədə gözləmirdik” – Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin 1/8 final mərhələsində Avstriyanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Mançini, 2:1 hesabıyla qələbə qazanaraq, 1/4 finala yüksəldikləri matçı belə şərh edib:

“Qolları daha tez vurmalıydıq. Əlavə vaxt çox yorğunluq yaratdı. Düşünürəm ki, Avstriya ilə oyun 1/4 finaldan daha çətin oldu.

Sonradan oyuna girən futbolçular yaxşı çıxış etdi. Oyunun çətin olacağını bilirdik, ancaq bu dərəcədə gözləmirdik. İndi üç gün sonra yenidən “Uembli”yə qayıdacağıq”.

İtaliya yığması AÇ-2020-nin 1/4 finalında Belçika – Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button