“Belə bir vaxtda İtaliyanı tərk etməyi düşünmürəm” – Mançini
İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini koronavirus pandemiyası haqda danışıb.
Komanda.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Mançini, İtaliyanı tərk etmək fikrində olmadığını deyib:
“Belə bir vaxtda İtaliyanı tərk etməyi düşünmürəm. Qəhrəman və etibarlı həkimlərə görə özümü rahat hiss edirəm. Ehtiyacı olan insanların yanından olmaq istəyirəm.
Karantin zamanı insanların eyvanlarda mahnı oxumaqları qürurlandırıcıdır. Çətin vəziyyətlərdə əlimizdən gələni edirik”.
İtaliyada koronavirus pandemiyasından 5 minə yaxın adam dünyasını dəyişib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin