Kapitan üçün əlamətdar oyun

İtaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Finlandiyanı məğlub edib – 2:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma İtaliya yığmasının futbolçusu Leonardo Bonuççi üçün əlamətdar olub. Belə ki, 32 yaşlı müdafiəçi Finlandiya qarşısında da forma geyinərək, milli komandada 91-ci oyununu keçirib.

Milli komandanın kapitanı olan Bonuççi İtaliya yığması ilə ən çox oyun keçirən 10 futbolçudan biri olub.

İtaliya millisində ən çox oyun keçirən isə “Yuventus”un qolkiperi Canluici Buffondur. Yığmanın sabiq üzvü milli ilə 176 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button